Gəncə şəhərində azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Gəncə şəhər sakini Z.Zeynalova ehtiyatsızlıqdan bel və kürək nahiyəsinə qaynar su tökülməsi nəticəsində 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azyaşlıya yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.