Mövqelərimiz atəşə tutuldu

12:20 - 04 Sentyabr 2022

Mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.


Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az