Oğuz rayonunda yol qəzası baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində ikincinin sürücüsü Cəlal Rəhim oğlu Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.