Azərbaycanda 23 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

21:26 - 10 Sentyabr 2022

Azərbaycanda 23 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1999-cu il təvəllüdlü Ələddin Hadiyevi avtomobil vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az