Xaçmazda naməlum avtomobil piyadaları vurdu

23:44 - 14 Sentyabr 2022

Xaçmazda naməlum avtomobil piyadaları vurdu

Xaçmazda avtomobil piyadaları vuraraq xəsarət yetirib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Bakı prospektində baş verib.

Belə ki, rayonun Şollar kənd sakinləri - 1988-ci il təvəllüdlü Əmirxanova Ülviyyə Ələkbər qızı və 2016-ci il təvəllüdlü Əmirxanova Zəhra Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar sakinlərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Piyadaları vuran sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az