Azərbaycanda AĞIR QƏZA: 1 ailənin 5 üzvü xəsarət aldı - ADLAR

09:04 - 21 Sentyabr 2022

Azərbaycanda AĞIR QƏZA: 1 ailənin 5 üzvü xəsarət aldı - ADLAR

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, təmir aparılan yol ilə hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq yola tökülən çınqıl topasına çırpılması nəticəsində bir ailənin 5 üzvü, sürücü Nəriman Abbasov, Ruqiyyə Abbasova (1997), Xuraman Abbasova (2000), Aytac Abbasova (2002) və Elmira Abbasova (2014) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az