Abşeron rayonunun Mehdiabad qəsəbəsində hündürmərtəbəli yaşayış binasının zirzəmisində 48 ədəd sayğac və şaxtadan keçən kabellər yanıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxu.Az hadisə yerindən olan görüntüləri təqdim edir: