DƏHŞƏTLİ DAVA: Qonşu qonşusunu bıçaqladı

21:51 - 28 Sentyabr 2022

DƏHŞƏTLİ DAVA: Qonşu qonşusunu bıçaqladı

Ucar sakini qonşusunu bıçaqlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.

Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az