Xocavənddə mina partlayışı baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.
Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır.