Yaralı bir qədər əvvəl xəstəxanada dünyasını dəyişib.
Manset.az xəbər verir ki, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib. 1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.