Ağdamda mina partlaması nəticəsində 3 nəfər xəsarət alıb - Yeniləndi

20:20 - 08 Oktyabr 2022

Ağdamda mina partlaması nəticəsində 3 nəfər xəsarət alıb - Yeniləndi

2022-ci 8 oktyabr tarixində Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərərçəkib.

 

ANAMA-dan Manset.az-a verilən məlumata görə, 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

***

 

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

 

Manset.az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az