Azərbaycanda toy yasa döndü - yaralılar var (FOTO)

20:31 - 09 Oktyabr 2022

Azərbaycanda toy yasa döndü - yaralılar var (FOTO)

İmişlidə yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə günorta saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərrəm oğlu idarə etdiyi 99-ZU-786 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü və avtomobildə olan 1998-ci il təvəllüdlü üç sərnişin, Rüstəmov Şəfi Etibar oğlu, Hüseynli Xankişi Tofiq oğlu, Şükürov Cahid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az