Azərbaycanda avtomobil ana və iki azyaşlı uşağını vurub: ÖLƏN VAR

09:45 - 10 Oktyabr 2022

Azərbaycanda avtomobil ana və iki azyaşlı uşağını vurub: ÖLƏN VAR

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.

Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az