Sumqayıt şəhəri, 13-cü mikrorayonda kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhəri, 13-cü mikrorayonda kafedə yanğın başlayıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.