Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutuldu

12:33 - 15 Oktyabr 2022

Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutuldu

Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 14-ü saat 3 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az