Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib. Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb:
Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P.İsmayılova da xəsarət alıb.