Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.