Cəlilabadda əsgərin intiharı faktı araşdırılır.
Bu barədə Manset.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
14:36
Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.