Bakıda qadın qatarın altında qalaraq öldü

23:50 - 24 Oktyabr 2022

Bakıda qadın qatarın altında qalaraq öldü

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az