Şəmkirdə avtomobili qaz borusuna çırpıldı: xəsarət alanlar var

21:08 - 25 Oktyabr 2022

Şəmkirdə avtomobili qaz borusuna çırpıldı: xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb.

Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az