Goranboyda minik avtomobili 54 yaşlı kişini vurdu

23:55 - 25 Oktyabr 2022

Goranboyda minik avtomobili 54 yaşlı kişini vurdu

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Həsən Namazovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az