Sürücü sükan arxasında ölüb.
Manset.az xəbər verir ki, hadisə bu gün Qobustan rayonu ərazisində baş verib. Belə ki, Bakı-Qax marşrutu üzrə fəaliyyət göstərən "Mersedes Vito" markalı sərnişin mikroavtobusunun sürücüsü sükan arxasında halı pisləşib. O, Qobustan rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.