Gəncədə maşın 4 piyadanı VURDU

18:26 - 29 Oktyabr 2022

Gəncədə maşın 4 piyadanı VURDU

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Təzə Bazar adlan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil 4 nəfəri vurub. Piyadalar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların 1987-ci il təvəllüdlü Gülmira Ələkbərova,1984-cü il təvəllüdlü Xatirə Qurbanova, 1997-ci il Aytac Abdullayeva, 1953-cü il təvəllüdlü Sarıtel Məmmədovadır.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az