Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum oldu - YENİLƏNDİ

18:43 - 30 Oktyabr 2022

Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum oldu - YENİLƏNDİ

Biləsuvarda baş verən ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub.

Manset.az "report"a istinadən xəbər verir ki, yaralılar bunlardır:

1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri

2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri

3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu

4.Həsənov Emin Hakverdi oğlu (1988) - Sumqayıt şəhəri

5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu

6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu

7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu

8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu

9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri

10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu

11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri

12.Qədirov Elşən Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri

13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.

***

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayılıb.

Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.

***

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az