Mingəçevirdə qaz balonunun alışması yataqxanada həyəcan dolu anlar yaşadıb.
Manset.az Azmedia.Az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində yerləşən yataqxanalardan birində baş verib.
Qaz balonunda qəfil alışma sakinlər arasında həyəcan doğurub.
Hətta hadisə yerinə təcili yanğınsöndürmə briqadası da çağırılıb.Ətrafdakıların sayıqlığı itirmədən yanan balonu çevik şəkildə bayıra atması baş verə biləcək təhlükənin qarşısını alıb.
Xoşbəxtllikdən alışan balon partlamayıb və zərərçəkən olmayıb.