Yevlaxda avtomobil piyadanı vuraraq öldürdü

22:22 - 01 Noyabr 2022

Yevlaxda avtomobil piyadanı vuraraq öldürdü

Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi "VAZ-2107" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az