Sürücü 8 yaşlı uşağı maşınla vuraraq ÖLDÜRDÜ

16:40 - 02 Noyabr 2022

Sürücü 8 yaşlı uşağı maşınla vuraraq ÖLDÜRDÜ

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az