Azərbaycanda ağır qəza: bir ailənin 3 üzvü...

17:28 - 02 Noyabr 2022

Azərbaycanda ağır qəza: bir ailənin 3 üzvü...

Şamaxı şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Seyid Əzim Şirvani prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 59 yaşlı Cəbrayılov Babasən Sahabcan oğlu, onun 7 yaşlı oğlu Sahabcan Cəbrayılov və 9 yaşlı oğlu İbrahim Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az