"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.
Manset.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Vəkil Rəsul Cəfərovun verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.
7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.