Azərbaycanda 17 yaşlı HAMİLƏ QIZ ÖLDÜ - YENİLƏNDİ

16:55 - 06 Noyabr 2022

Azərbaycanda 17 yaşlı HAMİLƏ QIZ ÖLDÜ - YENİLƏNDİ

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.

 

Manset.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təhqiqat aparılır.

***

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az