Döyülən hakim derbi matçına təyinat aldı

10:29 - 01 Mart 2024

Döyülən hakim derbi matçına təyinat aldı

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək “Beşiktaş” “Qalatasaray” derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

 

Manset.az xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Qeyd edək ki, Halil Umut Melerin ötən il baş tutan “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu. Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə “Ankaragücü”nün prezidenti postundan istefa vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az