Türkiyə klubu Almaniya nəhəngindən iki ulduz transfer edir

16:41 - 03 May 2024

Türkiyə klubu Almaniya nəhəngindən iki ulduz transfer edir

"Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) klubundan iki futbolçu transfer etmək istəyir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubunun hədəfindəki ilk isim "Borussiya"nın əfsanəsi Marko Reusdur.

34 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda bitəcək. Dortmund klubu gələn mövsüm üçün planlarına Reusu daxil etməyib. 

"Beşiktaş"ın hədəfindəki digər "Borussiya" ulduzu Mats Hummelsdir. Onu da yayda komandadan ayrılacağı deyilir. 

Qeyd edək ki, Dortmund "Borussiya"sı Reusu 2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17.1 milyon avroya alıb. Hummels isə 2019-cu ildə "Bavariya"dan 30.5 milyon avroya alınıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az