"Fənərbağça"nın bosniyalı ulduzu Edin Dzeko sezon sonu komandadan ayrıla bilər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, başda Edin Dzeko olmaqla bir çox futbolçuya ərəb ölkələrindən təkliflər var.

"Fənərbağça" ilə daha bir il müqaviləsi olan Edin Dzeko bu mövsüm sarı-göylü forma ilə 44 matçda 24 qol vurub, 9 məhsuldar ötürmə edib.