Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki görüşü keçiriləcək.
Manset.az xəbər verir ki, günün ilk matçında “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək.
“Liv Bona Dea Arena”da baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.
Digər oyunda çempionluğu rəsmiləşdirən “Qarabağ” 3-cü yerdəki “Zirə”nin qonağı olacaq.Bu matç isə saat 19:30-da start götürəcək.
Premyer Liqa, 34-cü tur
11 may
17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
“Liv Bona Dea Arena”
19:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Zirə İdman Kompleksi stadionu