"Barselona" onu satır

19:21 - 11 May 2024

\"Barselona\" onu satır

"Barselona" vinger Rafinyanı satmağı planlaşdırır. 

 

Manset.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Klub braziliyalı oyunçunun transferi üçün təklifləri nəzərdən keçirir. Seçimlərdən biri onun Səudiyyə Ərəbistanının “Əl Hilal”ına transferidir. Sözügedən klubun bonuslar da daxil olmaqla, təxminən 100 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

"Barselona" artıq Rafinya ilə planlarını müzakirə edib. Futbolçu bilir ki, qalsa, daha az oyun vaxtı alacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az