"Beşiktaş"dan icarə əsasında "Marsel"də çıxış edən Jan Onana Fransada silahla hücuma məruz qalıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı Jan Onananın maşına çoxlu sayda silah ilə atəş açılıb.
Dəhşətli hadisədən sonra "Beşiktaş"dan açıqlama verilib.
"Fransanın "Marsel" klubuna yarımçıq transfer dövründə müvəqqəti transfer olunan Jan Onana oğurluq cəhdindən sonra silahla hücuma məruz qaldığını böyük kədərlə öyrəndik. Hücumdan sağ-salamat xilas olan Jan Onanaya keçmiş olsun diləyirik." - açıqlamada qeyd edilib.
Jalə
Manşet.az