Super Liqada bu mövsüm Tolunay Kafkasın çalışdırdığı “Fatih Karagümrük” və “MKE Ankaragücü” aşağı liqaya düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövsümün əvvəlində "Ankaragücü"nü çalışdıran Kafkas, pis nəticələrdən sonra işini tərk edib, daha sonra “Fatih Karagümrük”də işinə davam edib.
Kafkas daha əvvəl "Mən bu mövzuda təvazökar deyiləm. Türkiyənin ən yaxşı məşqçilərindən biriyəm, çox zəhmətkeşəm. Başqaları kimi burada hekayə və nağıl danışmağı sevmirəm" demişdi.
Əfsanə
Manşet.az