"Fənərbaxça" və "Beşiktaş"ın gündəmində olan məşhur məşqçi Joze Mourinyo jurnalistlərə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya mətbuatından “Corriere dello Sport” Mourinyonun ən yaxşı təklifi etdiyi üçün “Fənərbaxça”ya daha müsbət baxdığını qeyd edib.
Bildirilib ki, Mourinyoya həm texniki, həm də iqtisadi baxımdan ən maraqlı təklifi “Fənərbaxça” edib.
61 yaşlı məşqçi "Fənərbaxça” və “Beşiktaş” sizi məşqçi kimi görmək istəyir. Bu barədə nə deyə bilərsiniz?" sualına "Qərar verməliyəm. İndiyə qədər hörmətsizlik etməmək üçün mənimlə görüşmək istəyən klubları sadəcə dinlədim. Sadəcə Türkiyədən önəmli komandalar deyil, həm Səudiyyə Ərəbistanının, həm də Avropanın digər klubları ilə görüşdüm. Hər şeyi görməli, masaya qoymalı və düşünməliyəm. Həyatımda, karyeramda və mənim üçün vacib olan insanlarla danışıb məsləhətləşməliyəm. Bir neçə həftəyə qərar verməliyəm. Çünki indi qərar vermək vaxtıdır” -deyə cavab verib.
Əfsanə Rəcəb
Manşet.az