Futbol azarkeşlərinin çoxunun diqqətini cəlb edən, amma səbəbini bilmədiyi detallardan biri də forma nömrələridir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 99-a qədər olan formalarda 100 rəqəminin olmamasının sadə səbəbi görün nə imiş.
Bu rəqəmlər arasında 100 rəqəminin olmamasının ən bariz səbəbi həm estetik, həm də oxunaqlılıqdan irəli gəlir. 3 rəqəmli rəqəmlər formaların arxa tərəfində estetik görünüş yaratmır və oxunması 2 rəqəmli rəqəmlərdən daha çətin ola bilər.
Bundan başqa FİFA-nın müəyyən etdiyi qaydalarda 100 rəqəminin olmaması ən böyük faktordur. Futbol federasiyalarının forma nömrələri ilə bağlı qaydaları var. Bu qaydalar nömrələrin 1 ilə 99 arasında məhdudlaşdırılmasına səbəb olur və buna görə də 100 nömrə etibarsızdır.
Ancaq bəzi ölkələrdə bu qayda yoxdur. Meksika kimi Cənubi Amerika ölkələrində formalarda 1, 2 və 3 rəqəmli rəqəmlərdən istifadə etmək olar.
Əfsanə Rəcəb
Manşet.az