Millimiz Türkiyə ilə üz-üzə

10:21 - 31 May 2024

Millimiz Türkiyə ilə üz-üzə

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

 

Manset.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılşacaq. Görüş "Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.

21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin
“Ərzincan 13 Şubat”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az