"Qarabağ" dünya reytinqində irəlilədi

09:55 - 07 İyul 2024

\"Qarabağ\" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Manset.az xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xaç) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az