logo
logo logo
logo

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq 

11:45 - 28 Sentyabr 2026

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq 

Bu ilin geridə qalan iş günlərini təqdim edirik.


Manset.az ajans.az-a istinadən xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.

Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.

Noyabr ayında isə daha uzun istirahət günləri olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və hər iki tarix iş günü hesab edilmir.

Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 istirahət günü nəzərdə tutulur. Dekabrın 31-i Dünya

Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix iş günü hesab edilmir.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında müəyyənləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az