logo
logo logo
logo

Kamran Əliyev 4 prokurorluq əməkdaşına rütbə nişanlarını təqdim etdi 

12:14 - 28 Sentyabr 2026

Kamran Əliyev 4 prokurorluq əməkdaşına rütbə nişanlarını təqdim etdi 

1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ali xüsusi rütbələr verilmiş Sənan İsa oğlu Paşayevə, Emin Ramiz oğlu Mürsəliyevə, Asəf Vaqif oğlu Sarıkişiyevə və Nihad Ənvər oğlu Şıxəliyevə rütbə nişanları Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri, Emin Mürsəliyev və Asəf Sarıkişiyevə III dərəcəli dövlət ədliyyə müşaviri, Nihad Şıxəliyevə isə "ədliyyə general-mayoru” ali xüsusi rütbəsi verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az