logo
logo logo
logo

23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - VİDEO 

16:00 - 28 Sentyabr 2026

23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - VİDEO 

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, qəza D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Yük maşını daha sonra yol kənarındakı mikroavtobus dayanacağına çırpılıb.

Dayanacaqda olan Rusiya vətəndaşı 20 yaşlı Arina Dautova və Azərbaycan vətəndaşı 23 yaşlı Alyona Dovqalyova yük maşınının altında qalaraq ölüb.

Qəzada yüngül xəsarət alan yük maşınının sürücüsü saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az