logo
logo logo
logo

Ərdoğanın müavini istefa verdi 

14:12 - 28 Sentyabr 2026

Ərdoğanın müavini istefa verdi 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Fatma Betül Sayan Kaya partiyadakı vəzifəsindən istefa verib.



Manset.az Modern.az-a istinadən xəbər verir ki, Bloomberg-in yazdığına görə, Kaya müxalifətin onun və həyat yoldaşının birja əməliyyatları ilə bağlı irəli sürdüyü iddialar fonunda vəzifəsindən ayrılıb.

Daha əvvəl ailə və sosial siyasətlər naziri vəzifəsini tutmuş Kaya şənbə günü gecə Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğandan partiyadakı vəzifəsindən azad edilməsini xahiş etdiyini açıqlayıb.

Fatma Betül Sayan Kaya qərarını onun barəsində irəli sürülən iddiaların partiyadakı vəzifəsindən asılı olmayaraq müstəqil şəkildə araşdırılmasının və tutduğu vəzifənin siyasi mübahisələrin bir hissəsinə çevrilməməsinin vacib olması ilə izah edib.

“Mən istəyirəm ki, bu iddialar heç bir şübhə doğurmayacaq şəkildə aydınlaşdırılsın”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Kayanın istefası Türkiyənin maliyyə bazarında aparılan əməliyyatlarla bağlı araşdırmalar və müxtəlif ittihamların gündəmə gəldiyi daha geniş böhran fonunda baş verib.

Bununla belə, o, özü hər hansı qanun pozuntusunu qəbul etməyib. 

Fatma Betül Sayan Kaya AK Partiyada nüfuzlu simalardan biridir. O, 2017-ci ildə ailə və sosial siyasət naziri vəzifəsinə təyin olunmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az