Fənərbaxçadan sonra AVRO 2024-də Milli Komandadakı çıxışından sonra Avropa komandalarından daha çox diqqət çəkən Ferdi Kadıoğlu üçün Dortmund Borussia komandası qərar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dortmund Ferdinin yüksək transfer haqqına görə bu transferdən imtina etmək qərarına gəlib.
Qeyd edək ki, Fənərbaxçanın vitse-prezidenti Acun Ilıcalı bir müddət əvvəl Ferdi Kadıoğlu ilə bağlı:
"Ferdi Kadıoğlu prezidentimiz və bizim üçün çox dəyərlidir. Ferdi getmək istəməsə, onu heç vaxt satmayacağıq. 40 milyon avro gətirin", - deyə vurğulamışdı.
Fidan Əliyeva
Manşet.az