İspaniya millisi Almaniyanın rekordunu təkrarladı

10:22 - 10 İyul 2024

İspaniya millisi Almaniyanın rekordunu təkrarladı

Futbol üzrə İspaniya millisi Almaniya yığmasının rekordunu təkrarlayıb.


Manset.az xəbər verir ki, komanda buna Avropa çempionatının yarımfinalında Fransanı məğlub etməklə (2:1) nail olub.

"Matadorlar" turnirin yarımfinalında ən çox qələbə qazanan iki kollektivdən biridir. Onlar Bundestimlə birlikdə bunu beş dəfə bacarıblar.

Almaniya millisi iştirak etdiyi 8 yarımfinalın 3-də məğlubiyyətlə üzləşib. İspaniya yığması isə bu raundda yalnız bir dəfə yenilib.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az