“Real” ulduzların yeni nömrələrini açıqladı

21:42 - 10 İyul 2024

“Real” ulduzların yeni nömrələrini açıqladı

“Real Madrid” bir sıra futbolçuların forma nömrələrini dəyişdiyini açıqlayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni transfer Kilian Mbappe Madrid təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Eduardo Kamavinqa 6, Federiko Valverde 8, Aurelien Tçouameni 14, Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrəli forma geyinəcək.

Qeyd olunur ki, “kral klubu” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş formaların satışına başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az