"Zirə" qalib oldu - YENİLƏNİB

23:09 - 11 İyul 2024

\"Zirə\" qalib oldu - YENİLƏNİB

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

 

Manset.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

22:56

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında hesab açılıb.

Tiraspol şəhərindəki "Şerif Arena"da Bakı klubu hesabda önə çıxıb.

88-ci dəqiqədə David Volkov adını tabloya yazdırıb.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında ikinci hissə başlayıb.

Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşan oyunda hesab açılmayıb.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

22:06

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın "Şerif" və Azərbaycanın "Zirə" komandaları arasındakı oyunun ilk hissəsi başa çatıb.

Manset.az xəbər verir ki, komandalar Tiraspol şəhərində keçirilən görüşdə fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.

20:57

UEFA Avropa Liqasının I turunun ilk görüşü çərçivəsində "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.

Manset.az xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az