Mahir Emreli Almaniya klubunda

17:10 - 16 İyul 2024

Mahir Emreli Almaniya klubunda

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Nürnberq” klubu ilə anlaşıb.

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az